Ünvan: Caspian Shopping Center, 18-ci mağaza (Gənclik m/s-in çıxışı, Gənclik Mall ilə üzbəüz)

2022-ci ilin trendləri: bu il hansı hədiyyələr dəbdədir?

Bu il dəbdə olan aksessuar və zinət əşyaları

2022-ci il moda və aksessuar dünyasına 2000-ci illərin dəblərinin canlandırılmasını gətirdi. Rahat geyim üslubu ilə yanaşı aksessuarların formaları da minimalizm ilə eleqant üslubun qarışığına uyğunlaşdı. 2022-ci ildə xanımlar təbiilik, sadəlik ilə fərqlənən əlvan rənglərdə zinət əşyaları, “handmade” zərgərlik nümunələrinə daha çox üstünlük verir.

2022-ci ildə xanımınızı sevindirəcək hədiyyə axtarırsınızsa, məhz maraqlı tarixçəsi olan, təbii daşlardan hazırlanan özəl hədiyyə seçə bilərsiniz. Təbiətdə doğan hədiyyədən yaxşı nə ola bilər?

2022-ci il üçün maraqlı və özəl hədiyyə

Xanımınız xırda, zərif, incə zinət əşyalarını sevirsə, tövsiyə edirik ki, hədiyyə seçərkən kolleksiyamızda olan tək mirvaridən ibarət sırğalara, barok mirvaridən boyunbağı və qolbaqdan ibarət dəstlərə, eləcə də üzüklər kolleksiyamızın tacı olan Tac dizaynlı ağ mirvari üzüyə diqqət yetirə bilərsiniz.

O, cazibədardır, hər zaman diqqət mərkəzində olmağı, rahat ünsiyyət qurmağı, ətrafına insanları toplamağı sevir. Bu xanımı bu ilin dəbinə uyğun hansı maraqlı hədiyyə sevindirər? Əminik ki, onun obrazını tamamlayan, gözəlliyinə yeni çalarlar qatan rənglər və qeyri-adi bəzəkləri sevir.

Orijinal hədiyyə etmək üçün “Mirvarist”in üzük kolleksiyasından zirkon qaşlı qara və ağ mirvaridən ibarət üzüyə nəzər salın. Ölçüsü barmaqda tənzimlənən bu üzük həm minimalizmi, həm də eleqantlığı özündə birləşdirir. Bu üzüyə uyğun olan kristal qaşlı qara mirvari boyunbağı hədiyyəsi xanımınızı biganə qoymayacaq.

Bu ilin trendləri; təbii daşlar, mirvarilər və əl işləri

Bu ilin digər trendinə böyük ölçülü boyunbağılar, təbii daşlardan qolbağılar və rəngarəng kristallarla bəzədilmiş üzüklər də daxildir. Ümumiyyətlə, təbiətin zəngin gözəlliklərindən ilhamlanaraq, hazırlanan zinət əşyaları hədiyyələri çox dəbdədir.

Maraqlı və mənalı hədiyyələr

Təbii Aqat daşlarla bəzədilmiş ecazkar mirvari boyunbağı, üzüm salxımı dizaynlı qızılı mirvari sırğa müasir və qeyri-adi hədiyyə axtaranlar üçün gözəl seçimdir.

Möhtəşəm ad günü hədiyyəsi 

İlk öncə onun qarderobuna, geyim və həyat tərzinə diqqət yetirin. Əlvan rəngləri sevən xanımları üçrəngli mirvarilərdən ibarət qolbaq hədiyyəsi sevindirəcək.
Ağ, qara, boz rənglərə üstünlük verən xanımlar barok tipli ağ mirvari boyunbağılarına heyran olacaqlar. Hədiyyəni oval dizaynlı zirkon qaşlı ağ mirvari üzüklə tamamlasanız, möhtəşəm emosiyalar və təşəkkürlər qazanacaqsınız.

Yeni dəbləri izləyən, qarderobuna daim yeni rənglər və fasonlarda geyimlər əlavə edən xanımlar zirkon qaşlarla bəzədilmiş sadə dizaynlı mirvari dəsti sevə-sevə taxacaqlar.

Gözəl hədiyyə özəl yanaşma tələb edir. Məhz buna görə geniş kolleksiyamızdan rahatlıqla ad günü və ya bayram hədiyyəsi seçə biləcəksiniz.

“Mirvarist”ə gəlin, bizdən həm möhtəşəm hədiyyə, həm də gözəl əhval-ruhiyyə aparacaqsınız.

Rəy bildir