Ünvan: Caspian Shopping Center, 18-ci mağaza (Gənclik m/s-in çıxışı, Gənclik Mall ilə üzbəüz)

Bürclər hansı hədiyyələri sevir? - Xərçəng, dolça və Balıqlar bürcü üçün hədiyyələr

Bürcə uyğun hədiyyə seçimi

Gəlin baxaq, su ünsürünə aid xərçəng, dolça və balıq bürclərindən olan xanımların hansı hədiyyə daha çox ürəyincə ola bilər. Hər üç bürc xüsusilə mirvari hədiyyəsini çox bəyənir.

Xərçəng bürcü üçün hədiyyə

Xərçəng bürcündən olan xanımlara hədiyyə seçərkən mirvari boyunbağılarına üstünlük verin. Mirvari onlar üçün sevimli talismana çevriləcək ən dəyərli hədiyyə ola bilər.

xərçəng bürcü üçün hədiyyə, xerceng burcu ucun hediyye

Su ünsürünə aid olan xərçəng bürcünə qara və ağ çay mirvariləri də çox uyğundur. Mirvarist tövsiyə edir ki, iki düzümlü unikal barok qara mirvari və ya ağ çay mirvarilərdən ibarət boyunbağı kolleksiyamıza nəzər salaraq, hədiyyə seçimi edəsiniz.

Xərçəng bürcünə gözəl hədiyyə məhz sizin diqqət və qayğınız, eləcə də onların ən çox bəyəndiyi qeyri-adi düzümdə və dizaynda mirvari zinət əşyası hədiyyəsi ola bilər.

Dolça bürcü üçün hədiyyə

İnsanların diqqətini özünə çəkməyi bacaran dolçalar üçün mirvarilər enerji
mənbəyidir. Onlar inanır ki, mirvari onlara güc və uğur gətirir. Elə buna görə istənilən rəng və formada olan mirvari hədiyyə onların ürəyincə olacaq. Bu bürc üçün gözəl və maraqlı ad günü hədiyyəsi seçərkən, geniş kolleksiyamızdan zövqünüzə uyğun seçim edə bilərsiniz.

dolça bürcü üçün hədiyyə, dolca burcu ucun hediyye

Zövqlü, orijinal hədiyyə axtarışındasınızsa, eleqant dizaynlı zirkon, kvars, ametist qaşlı və ya qızılı elementlərlə bəzədilmiş ağ mirvari sırğalara, qolbaqlara və boyunbağılara üstünlük verə bilərsiniz. Əsas odur ki, seçdiyiniz mirvari dolçalar üçün ən parlaq və yadda qalan hədiyyə olacaq.

Balıqlar bürcü üçün hədiyyə

Balıqlar bürcünə gəlincə, onlar üçün mirvarilər güclü amuletdir. Özlərini mirvari və sədəf ilə əhatə edən balıqlar inanır ki, hədiyyə olunmuş mirvarinin gücü onları bəd nəzərdən qorumaq və bərəkət cəlb etmək gücünə malikdir. Bu səbəbdən orijinal mirvari hədiyyəsi onlar üçün əla sürpriz olacaq.

Hədiyyə seçiminiz genişdir. Sədəfdən hazırlanmış zinət əşyaları da balıq bürcü xanımlar üçün fərqli hədiyyə ola bilər. Təbii formada yastı və ya düymə formada barok tərzdə çay mirvarisi və ya aqat, eləcə də ametist ilə bəzədilmiş qeyri-adi böyunbağı hədiyyəsi balıqların çox ürəyincə olacaq.

balıqlar bürcü üçün hədiyyələr, baliqlar burcu ucun hediyyeler

Balıqlar bürcündən olan xanımlar üçün bayram və ya ad günü hədiyyəsi
axtarırsınızsa, bizim kolleksiyamızdan mütləq gözünüzü oxşayacaq və balıqların sevimli hədiyyəsi olacaq zinət əşyası tapa biləcəksiniz.

Rəy bildir