Ünvan: Caspian Shopping Center, 18-ci mağaza (Gənclik m/s-in çıxışı, Gənclik Mall ilə üzbəüz)

Hədiyyə etmək üçün ideal tövsiyə - təbii qara mirvari zinət əşyası

Mənə qara mirvari hədiyyə et, əzizim

Eleqantlığın, kübarlığın rəmzi olan qara mirvari öz cazibədarlığı ilə bir çox xanımın diqqətini çəkir. Mirvarini bəyənən hər bir xanımın mücrü qabında ona sevgi ilə hədiyyə olunmuş qara mirvari olmalıdır. Bu zinət əşyasına adətən özünə inamlı, güclü xanımlar üstünlük verir.

Qara mirvari hədiyyə seçimi zamanı diqqət edək

Mirvarist tövsiyə edir ki, hədiyyə seçərkən qara mirvaridən olan boyunbağılar və sırğalara xüsusi diqqət yetirəsiniz. 

qara mirvari hediyyesi

Maraqlı hədiyyə axtarışında olanlar üçün qeyd etmək istəyirik ki, qara mirvari ən çox satılan zinət əşyaları sırasındadır. 


Qara mirvari barədə maraqlı faktlar

Təbiətdə qara mirvari çox nadir hallarda tapılır. Kultivasiya olunması da asan deyil, çünki xüsusi rəngləyici maddə ifraz edən molyusk onun çanağına yeridilmiş hissəciyi qəbul etməyə bilər.

Qara mirvarinin rəng palitrası çox genişdir və bir neçə çalarlarda ola bilər. Mavi-boz, bənövşəyi, kömür, badımcan, tünd yaşıl və digər. Bu çalarlar ona xüsusi cazibə qatır və hədiyyə seçilərkən üstünlük verilir.

qara mirvari boyunbagi, qolbaq, sirga

Zərgərlik əşyaları hazırlayarkən eyni ölçüdə, formada və palitrada olan bir neçə oxşar mirvari tapmaq çətindir. Məhz buna görə o adi mirvarilərdən daha qiymətlidir.

Qeydi-adi hədiyyə seçiminiz mirvari olsun

Qeyri-adi, özəl hədiyyə axtarırsınızsa, qara mirvariyə üstünlük versəniz, yanılmazsınız. Xanımlar üçün qara mirvari seçərkən bəzi məqamlara diqqət yetirmək lazımdır.

Adətən güclü xasiyyətə malik olan xanımlar qara mirvarini çox sevir. Daha çox qara mirvari ilə sırğalara, qolbağılara üstünlük verirlər. Hədiyyə seçərkən tək mirvari ilə sırğalara, bir cərgədən ibarət qolbaqlara nəzər salın.

qara mirvari boyunbagilar

Ağ dərili xanımın boynunda qara mirvari boyunbağı onun dərisinin rəngi ilə uyğunlaşaraq, obrazına xüsusi cazibə qatır.

Əqrəb və oğlaq bürcü üçün sevimli hədiyyə

Qara mirvari əqrəb və oğlaq bürclərindən olan xanımların daşıdır. Araşdırmalara əsasən, qara mirvari bu bürclərdən olan insanların ürək-damar sisteminə müsbət təsir göstərir.

Yaşlı xanımlar üçün qara və ağ mirvarilərin qarışığından ibarət zinət əşyaları taxmaq məsləhət görülür. “Mirvarist”in geniş qolbaq kolleksiyasından qadınlar üçün maraqlı hədiyyə seçə bilərsiniz.

Qara mirvari kolleksiyamızdan nə hədiyyə edəcəyinizə dair artıq qərar verdiniz? Maraqlı hədiyyə axtarışındasınızsa, mağazamıza gəlin, xanım əməkdaşlarımız müxtəlif zinət əşyalarını nümayiş edərək, sizə ən doğru hədiyyə seçməyə dəstək olacaq.

Qara mirvari elə bir hədiyyədir ki, sahibinə özü ilə müsbət emosiyaları bəxş etməklə onun həyatında pozitiv dəyişiklərə də yol açır.

Rəy bildir