Mirvarilər haqqında bilmədikləriniz.
Mivari odun istisindən sıradan çıxır və saralır. İnsan bədəninin hərarətindən, tər və çirkdən də sıradan çıxa bilər. Rütubətli yer də mirvariyə yaramaz və suyunu qaçırar.Mirvarini qorumaq istəyənlər onu şüşə qabın içində saxlamalıdırlar. Mirvarini həkimlər mötədil saymışlar.Ürəyə qüvvət verər. İnsanın əhval-ruhiyyəsini yüksəldər. Qəm və qüssəni unutdurar. Gözün gücünü və görmə qabiliyyətini artırar.Mirvarinin soğan kimi qabığı vardır.
Onun yaxşı və pis olmasını 3 əlaməti ilə bilmək olar:
1.Rəngindən
2.Görünüşündən
3.Kiçiklik və ya böyüklüyündən.
Rənginə görə də 2 cəhətə diqqət vermək olar.
1.Rənginə görə
2.Tərəvatinə görə( buna mirvarinin "suyu" da deyilir)
Sulu və ağ mirvari ən yaxşı növ sayılır. Rəngi azacıq sarıya çalan mirvari çox bəyənilir. Qabığı qalın olan mirvari əsl sulu mirvari sayılır. Qabığı nazik olan mirvari sulu olsa da suyunu tez itirir.