Ünvan: Caspian Shopping Center, 18-ci mağaza (Gənclik m/s-in çıxışı, Gənclik Mall ilə üzbəüz)

Ən Çox Verilən Suallar | Mirvarist.az | Təbii mirvarilərin satışı

Bəli, bütün mirvarilərimiz tam təbiidir. Mirvarist`dən əldə
etdiyiniz mirvarilər Hindistanda, Yeni Zellandiyada və Uzaq Şərqdə xüsusi şirinsu hövzələrində, çaylarda və göllərdə saxlanılan istiridyelərdən çıxarılır. Mirvarilərimiz uzun aylar və illər ərzində
canlı istiridyelərin daxilində böyüyür və insan zəhməti ilə istehsal prosesini
tamamlayaraq, sizin ən dəyərli zinət əşyanıza çevrilir.

Bəli, mirvarilərimizin hər birinin xüsusi "Təbiilik sertifikatı" var.
Mirvarist-dən sifariş etdiyiniz mirvari modellərinin hər birinə brendimizə məxsus
təbiilik sertifikatı verilir. Biz, bir canlının daxilində əmələ gələn yeganə
zinət əşyası olan mirvarilərimizin təbiiliyinə zəmanət veririk. Zəmanətimizi isə
Mirvarist`ə məxsus xüsusi
"Təbiilik Sertifikatı" ilə təsdiqləyirik.

Mirvarilərimiz əsasən Hindistan, Yeni Zellandiya və
Uzaq Şərq ölkələrində
yerləşən xüsusi
şirinsu hövzələrində
- göllərdə və çaylarda yetişdirilir. İlkin istehsal prosesini
tamamladıqdan sonra əsasən Amerikada müxtəlif dizaynlarda modelləşdirilir və əvəzsiz zinət
əşyalarına çevrilir.

Mirvari sifarişlərinizin ödənişini həm mirvarist.az saytı vasitəsilə onlayn
qaydada, həm qapıda nağd şəkildə, həm də sifarişin təhvili zamanı bank kartları
ilə POS terminal vasitəsilə həyata keçirə bilərsiniz.

Bəli, Mirvarist`də bəyəndiyiniz modelləri 9 aya qədər
faizsiz taksitlə sifariş edə bilərsiniz. Əgər Kapital Banka məxsus BirKart və
Beynəlxalq Banka məxsus TamKart taksit kartlarına sahibsinizsə, mirvari
sifarişlərinizdə ödənişi
taksitlərə bölə
və hissə-hissə ödəyə
bilərsiniz.

Bəli, bizdə BirKart taksit kartları keçərlidir. Əgər Birkart taksit kartlarına sahibsinizsə,
sifariş etdiyiniz mirvari modellərini 2, 3 və 6 aylıq taksitlərə bölə və faizsiz, hissə-hissə ödəyə bilərsiniz.

Bəli, bizdə TamKart taksit kartları keçərlidir. Əgər TamKart kartlarına sahibsinizsə,
sifariş etdiyiniz mirvari modellərini 3, 6 və 9 aylıq taksitlərə bölə və faizsiz, hissə-hissə ödəyə bilərsiniz.

Bəli, Mirvarist`dən sifariş etdiyiniz məhsullar
PULSUZ ŞƏKİLDƏ ÜNVANA
ÇATDIRILIR. Əgər siz Bakı, Abşeron və Sumqayıt şəhərlərində
yaşayırsınızsa, sifarişlərinizi CƏMİ 2-3 SAAT ƏRZİNDƏ istənilən ünvana HEÇ BİR ƏLAVƏ ÖDƏNİŞ OLMADAN, TAMAMİLƏ PULSUZ ŞƏKİLDƏ çatdırırıq.

Bəli, Mirvaristdən sifariş etdiyiniz məhsullar poçtla Azərbaycanın bütün şəhər, rayon, qəsəbə və kəndlərinə HEÇ BİR ƏLAVƏ ÖDƏNİŞ OLMADAN, PULSUZ ŞƏKİLDƏ GÖNDƏRİLİR. Siz sadəcə sifarişinizin göndərilməsini istədiyiniz poçt məntəqəsinin indeksini və ya adını qeyd
edirsiniz. Sifarişiniz elə həmin gün poçta verilir və adətən 3-5 iş günü ərzində yaşadığınız bölgəyə çatdırılır.

Bəli, Mirvarist`dən sifariş etdiyiniz məhsulu bəyənməsəniz,
rahatlıqla geri qaytara bilərsiniz. Əgər sifariş etdiyiniz məhsulda hər hansı
bir defekt aşkarlasanız və ya məhsulun ölçüləri və özəllikləri məhsul haqqında yazılan məlumatlarla üst-üstə düşməsə, sifariş etdiyiniz modeli götürməkdən imtina edə və məhsulu götürməyə bilərsiniz. Bu zaman məhsula görə ödənişinizi onlayn qaydada etmisinizsə, ödəniş məbləğiniz 48 saat ərzində sizə geri qaytarılır.

Mirvarist mirvarist.az veb-saytı və digər onlayn
platormalar üzərindən
satış həyata keçirən
onlayn mağazadır. Təəssüf
ki, hazırda fiziki mağazamız fəaliyyət göstərmir. Fiziki mağaza fəaliyyətə başladıqda, bu
barədə geniş məlumat veriləcək.

Bəyəndiyiniz bir neçə fərqli model varsa, bu barədə bizə veb-sayt, WhatsApp
və ya sosial media səhifələrimizdən
məlumat verə bilərsiniz. Əməkdaşımız bəyəndiyiniz bütün modelləri sizin ünvanınıza gətirir. Məhsullara canlı şəkildə baxa,
taxıb üzərinizdə yoxlaya və ən çox bəyəndiyiniz modeli seçib sifariş edə bilərsiniz.

Mirvarist onlayn satış platformasıdır. Həftənin hər
günü, günün istənilən saatı bizə yaza və bəyəndiyiniz mirvari
modelini sifariş edə bilərsiniz. Saat 20:00-a verilmiş sifarişlər həmin gün, 20:00-dan sonra verilmiş sifarişlər isə növbəti gün ünvanınıza çatdırılır.