Ünvan: Caspian Shopping Center, 18-ci mağaza (Gənclik m/s-in çıxışı, Gənclik Mall ilə üzbəüz)

Əkizlər, Şir və Tərəzi bürcünün sevdiyi hədiyyələr - Hansı bürc nəyi xoşlayır?

Bürclərin sevdiyi hədiyyələr nədir?

İnsanın bürcü onun xasiyyətinə, temperamentinə, həyat tərzinə və təbii ki, hədiyyə seçiminə təsir göstərir. Bəzi məqamlarda qərarsız qalan əkizlər, hər şeyin ən yaxşısını sevən şirlər və ya müdrik tərəzilər üçün ad günü və ya bayram hədiyyəsi seçirsinizsə, “Mirvarist”in bir neçə məsləhətinə diqqət yetirin.

Bizimlə seçdiyiniz hədiyyə bu bürcdən olan xanımları hər bir halda sevindirəcək,
amma tam doğru və maraqlı hədiyyə təqdim etmək üçün bu bürclərə və onların zövqlərinə dair bəzi məqamları bilmək lazımdır.


Əkizlər bürcü üçün hədiyyə: əkizlər bürcü qadınlar nəyi sevir?

Əkizlər özlərini gözəl əşyalar ilə əhatə etməyi xoşlayır. Çox vaxt perfeksionist olduqları üçün onların zövqünə oxşayacaq hədiyyə tapmaq bir qədər çətin görünür. Məhz onların bu xüsusiyyətinə görə, əkizlərin sevdiyi hədiyyələr sırasında mirvari zinət əşyaları xüsusi yer tutur.

Sahibinə müsbət enerji ötürən, həm də görmə qabiliyyətini yaxşılaşdıran mirvari öz sədəfi çalarları ilə əkizləri valeh edir. Mirvarist əkizlər bürcündən olan xanımlara ağ və ya çəhrayı mirvari boyunbağıları və qolbaqları hədiyyə etməyi tövsiyə edir.

əkizlər bürcü üçün hədiyyə, ekizler burcu hediyye, ekizler burcu qadinlara hediyye, əkizlər bürcü qadınlara hədiyyə

Məsələn, kolleksiyamızda olan kəpənək dizaynlı ağ mirvari boyunbağıları həm cavan, həm də yaşlı xanımlar üçün gözəl hədiyyə olacaq.

Çəhrayı rəngli sadə düzmə mirvari boyunbağı və ona uyğun qolbaq da əkizlər bürcü xanımları çox sevindirəcək. Əmin olun ki, əkiz bürcündən olan xanımlar bu hədiyyəni sevə-sevə taxacaqlar.

Şir bürcü üçün hədiyyə: şir bürcündən olan qadınlar nəyi sevir?

Günəş və od ünsürlərinə aid olan şirlər olduqları məkandan asılı olmayaraq, hər kəsin diqqətini özlərinə çəkməyi bacarırlar. Şirlər üçün ən dəyərli, ən gözəl, ən yaxşı hədiyyə nədir? Təbii ki, onların individuallığını üzə çıxaracaq orijinal hədiyyə. Şir bürcündən olan xanımlar üçün hədiyyə seçərkən, Mirvarist-in kolleksiyasında mövcud olan Taiti adalarının kübar mirvariləri, eləcə də qara mirvaridən hazırlanan boyunbağılara diqqət yetirin.

şir bürcü üçün hədiyyə, sir burcu hediyye, sir burcu qadinlara hediyye, şir bürcü qadınlara hədiyyə

Kolleksiyamızda olan barok tərzdə rəngbərəng mirvari boyunbağı və qızıl suyuna çəkilmiş kəpənək dizaynlı mirvari üzük də şir bürcündən olan xanımlar üçün qeyri-adi hədiyyə olacaq.

Bu zinət əşyaları onların hədiyyəniz barədə xoş xatirə ilə daima taxacağı aksessuara çevrilə bilər.

Tərəzi bürcü üçün hədiyyə: tərəzi bürcü qadınlar nəyi sevir?

Hüzur və harmoniyanı simvolizə edən tərəzi bürcü çox vaxt minimalizm, sadəlik və məna daşıyan hədiyyələri sevir. Tərəzi bürcü xanımlar üçün ən gözəl hədiyyə sizin onlara qarşı qayğınızı və diqqətinizi təzahür edən hədiyyə ola bilər. Məhz buna görə tərəzilər adətən mirvarini çox sevir. Ağ çay mirvarisindən ibarət zirkon daşlar və ya kristallarla bəzədilmiş dəstlər arasında edəcəyiniz seçim tərəzi bürcündən olan xanımların gözünü oxşayacaq qeyri-adi hədiyyə olacaq.

tərəzi bürcü üçün hədiyyə, terezi burcu hediyye, terezi burcu qadinlara hediyye, tərəzi bürcü qadınlara hədiyyə

Biri-birindən gözəl, incə və müasir mirvari dəstlərimizdən heyrətə gələn bu bürcün tərəziləri hər zaman sizin tərəfinizdə olacaq. Bu da məhz sizin üçün ən yaxşı hədiyyə olacaq.

Rəy bildir