BirKart və TamKart keçərlidir!

Mirvari necə yaranır?

Balıqqulağı və malyuskanın çanağına kənar cism (qum zərrəsi, parazitlər və s.) düşdükdə onlar xüsusi maddə ifraz edərək düşən cismin ətrafında nazik təbəqə yaradırlar. Müəyyən müddətdən sonra bu mirvari dənələrinə cevrilir. Sədəf adlanan bu maddə mirvari aqreqatı və buynuz maddəsindən ibarətdir.

Mirvari şirin su və dəniz mirvarilərinə ayrılır. Yaranma nexanizmi hər ikisində eynidir. Təbii mirvari son zamanlar nadir rast gəlinir.

Süni yolla da kənar cismi molyuskanın çanağına yerləşdirməklə 2 ildən 7 ilə kimi mirvari əldə edirlər. Süni mirvari ən çox Çində istehsal edilir. Qırmizi dəniz, Yapon adaları, Şri-Lanka, Fars körfəzində də mirvari yetişdirirlər.