Ünvan: Caspian Shopping Center, 18-ci mağaza (Gənclik m/s-in çıxışı, Gənclik Mall ilə üzbəüz)

Xanımlar üçün ideal hədiyyə seçimi - mirvari niyə çox sevilir?

Xanımlar nə üçün mirvariləri bəyənir?

Gündəlik həyatımızda bəzən hətta əzizlərimizə belə, diqqət ayırmağa, onları xoş sürprizlərlə sevindirməyə vaxt ayıra bilmirik. Doğum günləri və bayramlarda bir araya gəlmək, səmimi söhbətlər əsnasında sevgimizi bölüşərək, daha yaxın olmağın ayrı bir zövqü var. Doğru seçilmiş hədiyyə isə bu zövqü ikiqat edir, çünki dəyər verdiyimiz insanlar ən yaxşısına layiqdir.

Xanımlar üçün ən sevimli hədiyyə aksesuar

Bəs xanımlar üçün ən yaxşısı nədir? Təbii ki, onun gözəlliyinə yeni çalarlar qatan hədiyyə! Belə bir deyim var: təbiətin özündən yaxşı dizayner yoxdur. Təbiətin nemətləri arasında xüsusi yer tutan mirvarinin rəng çalarları, müxtəlif formaları və ötürdüyü enerji o qədər cazibədardır ki, ilk baxışdan özünə cəlb edir. Xanımlar üçün ən yaxşı hədiyyə almaq istəyirsinizsə, məhz mirvarini seçərək, axtarışlara çox vaxt sərf etmədən sevdiyiniz xanımı xoşbəxt edə bilərsiniz.

Xanımlar üçün zinət əşyasını necə seçmək lazımdır?

Zinət əşyasının seçimində xanımın dünya görüşü, həyat tərzi, geyim üslubu nəzərə alınmalıdır.

Mirvari hədiyyə edərkən aşağıdakılara diqqət yetirin:

İşgüzar xanımlar adətən ciddi korporativ geyim tələbinə riayət etmək məcburiyyətindədir. Ağ, klassik mirvari boyunbağı qara və ya boz rəngdə donlara və kostyumlara yaraşır və ciddi obrazı daha mülayim edir.

ag mirvari boyunbagilar

Geyimində qara rəngə üstünlük verən Koko Şanel obrazını tamamlamaq üçün məhz ağ mirvarilərə üstünlük verirdi. O, adətən böyük və kiçik ağ mirvarilərinin qarışığını sevirdi. “Mirvarist” boyunbağıları kolleksiyasında əlbəttə bəyəndiyiniz bir model mütləq olacaq.

ağ mirvari boyunbağı



Çılğın, cəlbedici və geyimində əlvan rənglərə üstünlük verən qızlar üçün ən yaxşı hədiyyə hər zaman trenddə qalan mirvari qolbaqlar və tək mirvarili sırğalardır.

mirvari sirgalar

Qarışıq rəngli üçqat tək mirvarilərdən ibarət və ya qaşlar və polad elementləri ilə bəzədilmiş mirvari qolbaqlarımız gənc xanımlar üçün ən yaxşı ad günü və ya bayram hədiyyəsi ola bilər. Mirvari həm idman, həm də klassik geyimlərə uyğun olan maraqlı aksessuardır.

mirvari qolbaqlar


Təvazökar, xırda və incə zinət əşyalarını sevən qadınlar zirkon qaşlarla bəzədilmiş mirvari dəstlərini çox bəyənəcək. Sadəliyi və eyni zamanda kübarlılığı özündə birləşdirən dəstlərimiz arasından hər bir xanımın zövqünü oxşayan hədiyyə seçmək olar.

mirvari dest, boyunbagi, sirga
Broşlar son zamanlar təkcə yaşlı xanımların seçimi deyil, həm də müasir obrazı tamamlamaq istəyənlər üçün uyğun aksessuardır. Orijinal və incə “Mirvarist” broşları kostyum, palto və ya sadə bir köynəyə maraqlı notlar qatacaq.

Gördüyünüz kimi, zamanın tələblərindən asılı olaraq moda daima dəyişir, lakin mirvarilər hər dövrün və mövsümünün əsas trendləri arasında öz xüsusi yerini qoruyub saxlamaqda davam edir. Bəlkə ona görə ki, canlı təbiətin bir incisini üzərində hiss etmək hər bir qadına xoşdur...

Sevdiyiniz qadına mirvari hədiyyə edin - onlar sizin əvəzinizə hisslərinizi çatdıracaq.

Rəy bildir